...

Elnur Aslanov: Dağlıq Qarabağda atılan istənilən addım sülh və danışıqlar prosesinə ziyan vurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyul 2012 11:57 (UTC +04:00)
Dağlıq Qarabağda atılan istənilən addım sülh və danışıqlar prosesinə ziyan vurur.
Elnur Aslanov: Dağlıq Qarabağda atılan istənilən addım sülh və danışıqlar prosesinə ziyan vurur

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağda atılan istənilən addım sülh və danışıqlar prosesinə ziyan vurur. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"Biz hər zaman demişik ki, Ermənistan daha konstruktiv mövqe göstərməli və regionda status-kvonun qorunmasına deyil, vəziyyətin dəyişməsinə və sülhün bərqərar olmasına xidmət edən addımlar atılmalıdır", - Aslanov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı və bir çox digər ölkələr qondarma rejimdə keçirilən şounu pisləyiblər və öz mövqelərini qətiyyətlə ortaya qoyublar.

Aslanov qeyd edib ki, hazırda Dağlıq Qarabağdakı qondarma rejim rəsmi Yerevan tərəfindən idarə olunur.

PA rəsmisi İranda saxlanılan azərbaycanlı şairlərlə bağlı suala cavabında isə bildirib ki, məsələ iki dövlət arasında mehriban qonşuluq siyasəti əsasında həll olunacaq.

"Təəssüflər olsun ki, bizim diplomatlarımız həmin şairlərlə görüşməyə hələ də nail olmayıblar. Azərbaycan bütün dövlətlərlə mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində həmişə maraqlı olub. Biz hər zaman bütün dövlətlərlə əməkdaşlığın sülh və əmin-amanlıq şəraitində qurulmasının və inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış etmişik", - Aslanov deyib.

Xəbər lenti

Xəbər lenti