...

Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyul 2012 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev Trend-ə bildirib ki, ötən gecə cəbhənin Gədəbəy rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Elmir Mirzəyev yaralanıb.

Yaralı əsgər hospitala yerləşdirilib.

Mirzəyev Xaçmaz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti