...

Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2012 09:35 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəsi pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan və Voskevan; İcevan rayonunun Paravakar kəndlərində; Krosnoselk rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında; Goranboy və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti