...

Əli Əhmədov: Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıması Minsk qrupunun ölüm hökmü olardı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2012 16:10 (UTC +04:00)
Ermənistan rəhbərliyi ölkə parlamentinin vasitəsi ilə Cənubi Qafqazda gərginliyi təhlükəli həddə gətirə biləcək avantüraya əl atmağa çalışır.
Əli Əhmədov: Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıması Minsk qrupunun ölüm hökmü olardı

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistan rəhbərliyi ölkə parlamentinin vasitəsi ilə Cənubi Qafqazda gərginliyi təhlükəli həddə gətirə biləcək avantüraya əl atmağa çalışır. Formal olaraq, guya buna səbəb Macarıstandan ekstradisiya edilən Azərbaycan zabiti Ramil Səfərovun Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilməsidir. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, Prezidentin əfv sərəncamı həm müvafiq beynəlxalq müqavilələrə, həm də ölkə qanunvericiliyinə tam uyğundur.

"Hesab edirəm ki, indiki halda dünya birliyini və beynəlxalq təşkilatları daha çox erməni terrorçu təşkilatı olan ASALA-nın Azərbaycan və Türk diplomatlarını kütləvi surətdə qətlə yetirmək barəsində yaydığı bəyanat olmalıdır. Erməni terrorçu təşkilatlarının bu sahədə "zəngin təcrübəsi" də hamıya yaxşı məlumdur" - Əhmədov qeyd edib.

Ermənistan parlamentində Dağlıq Qarabağın tanınması məsələsinin müzakirəyə çıxarılmasına münasibət bildirən YAP-ın sədr müavini deyib ki, belə bir addımın atılması faktik olaraq Minsk qrupunun ölüm hökmü olardı.

"Mən heç də Minsk qrupunun qayğısına qalmaq fikrində deyiləm. Onsuz da bu qurum 20 ildir fəaliyyətsizdir, lakin bu "fəaliyyətsizlik" ermənilərin xeyrinə işləyir. Düşünmürəm ki, Ermənistan rəhbərliyi daha çox onların marağına uyğun hərəkət edən Minsk qrupunun fəaliyyətinə xitam verəcək addımı atsın. Rusiyanın və Fransanın buna razılıq verəcəyinə inanmaq çətindir", - Əhmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti