...

Snayper gülləsindən yaralanan Azərbaycan Ordusunun əsgəri vəfat edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Sentyabr 2012 10:58 (UTC +04:00)
Snayper gülləsindən yaralanan Azərbaycan Ordusunun əsgəri vəfat edib.
Snayper gülləsindən yaralanan Azərbaycan Ordusunun əsgəri vəfat edib

Azərbaycan, Bakı, 8 sentyabr / Trend müxbir M.Əliyev/

Snayper gülləsindən yaralanan Azərbaycan Ordusunun əsgəri vəfat edib.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvandakı N saylı hərbi hissədə qulluq edən 1993-cü il təvəllüdlü əsgər Cəfərov Rəbbi Elsevər oğlu iyul ayının 13-də düşmən snayperindən açılan atəş nəticəsində başından ağır yaralanmışdı və Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına yerləşdirilmişdi.

Aparılan intensiv müalicəyə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb və o, ötən gün saat 21.20-də şəhid olub.

Xəbər lenti

Xəbər lenti