...

Sloveniyanın keçmiş xarici işlər naziri: Azərbaycanla Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səylər göstərməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2012 11:37 (UTC +04:00)
Azərbaycanla Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səylər göstərməlidir.
Sloveniyanın keçmiş xarici işlər naziri: Azərbaycanla Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səylər göstərməlidir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanla Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səylər göstərməlidir. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransında Sloveniyanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin üzvü İvo Vayql bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamenti və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və onun mövqeyini dəstəkləyir. "Lakin biz Azərbaycanın səsləndirdiyi narazılıqlara və beynəlxalq təşkilatlara edilən tənqidlərə qoşuluruq və düşünürük ki, ATƏT-in Minsk qrupu məsələnin həlli ilə bağlı daha çox işlər görməlidir", - o deyib.

Eyni zamanda Vayql qeyd edib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Avropa Parlamentindən də daha çox səylər gözləyir və AP buna qarşılıq göstərməlidir.

"Bunun üçün Azərbaycanla Avropa Parlamenti bir çox işlər görməlidir. Bizim də əsas mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyinə hörmət bəsləməli, Azərbaycanın suverenliyi bərpa olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalı və onlara əlavə hüquqlar verilməlidir", - o deyib.

Avropa parlamentarisi bildirib ki, bu gün Azərbaycan böyük ambisiyalara malikdir ki, bunun da sayəsində beynəlxalq arenada mühüm rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti