Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/
Ermənistan işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki Xankəndi şəhərində aeroportun istifadə verildiyini bəyan edib. Bu barədə Trend bazar ertəsi Ermənistan KİV-ə istinadən məlumat verir.
Buna qədər tezliklə Yerevandan Xankəndiyə və əks istiqamətə uçuşlara başlanılacağı planlaşdırılırdı.
"Xankəndində aeroportun istismara verilməsi Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (1944-cü il dekabrın 7-də imzalanıb) açıq şəkildə pozulmasıdır", - bunu bazar ertəsi Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Əzimov qeyd edib ki, bununla əlaqədar Azərbaycan Çikaqo Konvensiyasının tətbiq edilməsi ilə bağlı hüquqi müstəvidə işi gücləndirəcək.