...

Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın Xankəndi aeroportunu istismara vermə cəhdlərinə münasibət bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2012 17:54 (UTC +04:00)
Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xankəndi aeroportunu istismara vermə cəhdləri sülh danışıqları çərçivəsində münaqişənin həllinə ciddi xələl gətirir.
Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın Xankəndi aeroportunu istismara vermə cəhdlərinə münasibət bildirib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xankəndi aeroportunu istismara vermə cəhdləri sülh danışıqları çərçivəsində münaqişənin həllinə ciddi xələl gətirir.

Trend-in məlumatına görə, bunu "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması"nın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov bildirib.

"Azərbaycan dövlətinin sərhədləri, həmçinin hava sərhədləri toxunulmazdır və Azərbaycanın icazəsi olmadan məqsəd və məramından asılı olmayaraq, bu sərhədlərdən istifadə edilə bilməz. Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonların ərazisində Ermənistan tərəfindən həyata keçirilən hər bir fəaliyyət qanunsuzdur", - o deyib.

Əkbərov qeyd edib ki, Azərbaycan dövlətinin işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz uçuşların qarşısının alınmasında istənilən mexanizmlərdən istifadə etmək hüququ var.

"Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş əraziləridir. Bu məsələdə beynəlxalq mülki aviasiya normaları tamamilə Azərbaycanın tərəfindədir", - icmanın Əlaqələndirmə Şurasının sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti