...

Latviya XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Noyabr 2012 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlanmalıdır. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs erməni həmkarı Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Latviya XİN rəhbəri ATƏT və Minsk qrupunun həmsədrlərinin bəyanatlarına hörmət etməyin zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, nizamlanma prosesində hiss ediləcək tərəqqinin olmaması ilə əlaqədar müəyyən məyusluq var, lakin ümid etmək lazımdır ki, məsələ beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olacaq.

"Latviya qondarma "Dağlıq Qarabağ respublikası"nın müstəqilliyini tanıya bilərmi" sualına cavab verən Rinkeviçs xatırladıb ki, mövcud məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur, Helsinki aktının prinsipləri - ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə hüququ, güc tətbiq etməmə mövcuddur.

Nazir bəyan edib ki, Latviya bu prosesə müdaxilə etmək niyyətində deyil. Onun sözlərinə görə, indi Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından danışmağın vaxtı deyil. Nazir deyib ki, bu, mürəkkəb vəziyyətin nizamlanmasına yardım etməyəcək.

"Hazırda diqqəti danışıqlara yönəltmək lazımdır", - Rinkeviçs vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti