...

Pakistanlı parlamentariləri Bakıda Dağlıq Qarabağ və Kəşmir problemlərini müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2012 12:04 (UTC +04:00)
Pakistanlı parlamentarilər Azərbaycana Dağlıq Qarabağ və Kəşmir problemlərini müzakirə etmək üçün gəliblər.
Pakistanlı parlamentariləri Bakıda Dağlıq Qarabağ və Kəşmir problemlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir M.Əliyev/

Pakistanlı parlamentarilər Azərbaycana Dağlıq Qarabağ və Kəşmir problemlərini müzakirə etmək üçün gəliblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə Pakistan parlamentinin Kəşmir üzrə xüsusi komitəsinin sədri Fəzl Ur Rəhman bildirib.

"Pakistan Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyini həmişə dəstəkləyib və bu, davam edəcək. Müsəlman aləmi, o cümlədən Azərbaycanın Kəşmir məsələsində Pakistana dəstək verməsini istəyirik. Eyni zamanda, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağla bağlı müzakirələr aparacağıq. Pakistan və Azərbaycanın Kəşmir və Dağlıq Qarabağ məsələsində bundan sonra hansı addımlar atacağını müzakirə edəcəyik", - o deyib.

Fəzl Ur Rəhmanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərini Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarətlə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti