...

Ermənistan hərbçiləri növbəti dəfə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Yanvar 2013 10:17 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan hərbçiləri növbəti dəfə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Ermənistan hərbçiləri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti