...

Qoşunların təmas xəttində monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2013 14:07 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Qoşunların təmas xəttində monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeniy Şarov keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti