...

Araz Əzimov: Azərbaycan öz hava məkanından qeyri-qanuni uçuşlara yol verməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2013 11:27 (UTC +04:00)
Azərbaycan öz ərazisi üzərində olan hava məkanından qeyri-qanuni uçuşlara yol verməyəcək.
Araz Əzimov: Azərbaycan öz hava məkanından qeyri-qanuni uçuşlara yol verməyəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan öz ərazisi üzərində olan hava məkanından qeyri-qanuni uçuşlara yol verməyəcək. Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTM) təşkilatının rəhbəri Nikolay Bordyujanın Xocalı hava limanı ilə bağlı bəyanatına münasibət bildirərkən jurnalistlərə deyib.

Əzimov qeyd edib ki, Bordyujanın bəyanatını kobud zarafat kimi qəbul etmək olar.

O bildirib ki, Azərbaycanın mülki təyyarələri vurmaq niyyəti yoxdur.

"Amma Çikaqo konvensiyasını müvafiq qaydaları var və Azərbaycan hökuməti tərəfindən həmin qaydalar təsdiqlənib. Hansısa qeyri-qanuni uçuşların qarşısını almaq üçün müvafiq aerodromda təyyarəni endirmək də həmin qaydalardandır", - Əzimov vurğulayıb.

O deyib ki, Ermənistan Xocalı aeroportundan uçuşlar keçirəcəyi ilə bizi hədələyir.

"Bunun qeyri-qanuni məqsədli olması ilə yanaşı siyasi və ideoloji tərəfləri də var", - Əzimov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti