...

Almaniyalı deputat: Ermənistan hərbi qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2013 16:03 (UTC +04:00)
Ermənistanın hərbi qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır.
Almaniyalı deputat: Ermənistan hərbi qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.Mehdiyev/

Ermənistanın hərbi qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır. Trend-in məlumatına görə, bunu Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyaları fraksiyasından millət vəkili, Beynəlxalq münasibətlər komitəsinin üzvü, Almaniyanın sabiq federal iqtisadiyyat naziri Mixael Qlosun Ermənistanın Xocalı aeroportu barədə planlarına dair sualı cavablandırarkən deyib. Bu barədə Trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Almaniyalı deputat qeyd edib ki, BMT Təhlükəsizlik Şurası dörd qətnaməsi ilə Ermənistan qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasına məxsus olduğunu bildirir. Almaniya Federativ Respublikası bu qəti mövqeni dəstəkləyir.

"Ərazi bütövlüyü prinsipi şübhə altına qoyulmamalıdır. Əks halda, qaçqınlar qayıdışlarına ümidlərini itirəcəklər. Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş ərazilər o insanların vətənidir. Qüvvələr bu ərazilərdən çıxmalıdır", - almaniyalı deputat deyib.

O vurğulayıb ki, Azərbaycanın regional əhəmiyyəti Avropa İttifaqı səviyyəsində xüsusilə qeyd olunur. 2010-cu ildən başlayaraq Aİ bu dövlətlə assosiasiya sazişi üzrə danışıqlar aparır.

"Bundan əlavə, bu region Avropa və Almaniyanın enerji təhlükəsizliyi baxımından xüsusilə vacibdir. İşğal olunmuş rayonlarla bağlı bu münaqişənin sülh yolu ilə həlli daha böyük sabitlik və təhlükəsizliyə hərtərəfli dəstək olacaq", - Mixael Qlosun deyib.

O hesab edir ki, sülh prosesi çətinliklə irəliləyir, çünki münaqişə tərəfləri arasında qarşılıqlı etibar sarsıdılıb. "Hazırda yeni gərginlik Xocalı aeroportunun açılması planlarına görə yaranıb. Məqsəd həll yolunun tapılmasındansa münaqişəni alovlandıran Ermənistanın Dağlıq Qarabağ iddialarını möhkəmləndirməkdir", - almaniyalı deputat deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti