...

Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirilir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 15:44 (UTC +04:00)
Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirilir. Trend-in məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib ki, Dağlıq Qarabağ məsələsi bu bölgənin ən önəmli problemidir.
Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirilir (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirilir. Trend-in məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib ki, Dağlıq Qarabağ məsələsi bu bölgənin ən önəmli problemidir.

"Dağlıq Qarabağ probleminin həlli Azərbaycan üçün nə dərəcə önəmli məsələdirsə, Türkiyə üçün də eyni dərəcədə önəmlidir, Kipr məsələsi qədər önəm verilən problemdir", - səfir deyib.

Diplomatın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin ən vəhşi dönəmi Xocalıda olub.

O qeyd edib ki, Türkiyənin bir çox yerlərində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir.

Tədbirdə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti