...

Prezident Administrasiyası: Düşünürük ki, mütləq şəkildə Türkiyə hökuməti Xocalı soyqırımına müvafiq qiymət verəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 17:34 (UTC +04:00)
Düşünürük ki, mütləq şəkildə Türkiyə hökuməti və Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımna müvafiq qiymət verəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Prezident Administrasiyası: Düşünürük ki, mütləq şəkildə Türkiyə hökuməti Xocalı soyqırımına müvafiq qiymət verəcək

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Düşünürük ki, mütləq şəkildə Türkiyə hökuməti və Türkiyə Böyük Millət Məclisi Xocalı soyqırımına müvafiq qiymət verəcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin əksəriyyəti Xocalı faciəsini soyqırım adlandırıb, ermənilərin Xocalıda törətdiyi hadisəyə normal hüquqi qiymət veriblər və Türkiyə də o ölkələrin sırasında vaxtı gələndə Xocalı soyqırımına normal hüquqi qiymət verəcək", - Həsənov bildirib.

PA rəsmisi bildirib ki, dünyada Xocalı soyqırımını 3 ölkə tanıyıb. Bunlar Meksika, Kolimbiya və Pakistandır.

"Ayrı-ayrı ölkələrdə ştatlar səviyyəsində qanunverici orqanlarda, o cümlədən ABŞ-ın 6 ştatında, həmçinin Rumıniyada bu məsələ müzakirədədir", - Əli Həsənov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti