...

Cəbhədə atəşkəs rejimi yenidən pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2013 11:05 (UTC +04:00)
Erməni silahlı bölmələri mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar.
Cəbhədə atəşkəs rejimi yenidən pozulub

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Veysəlli, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Kəngərli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti