...

ABŞ-ın Oklahoma ştatının Senatı Xocalı qətliamını tanıyıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2013 20:32 (UTC +04:00)
Martın 4-də ABŞ-ın Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanınması barədə qətnamə qəbul edilib.
ABŞ-ın Oklahoma ştatının Senatı Xocalı qətliamını tanıyıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

Martın 4-də ABŞ-ın Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanınması barədə qətnamə qəbul edilib.

Trend AzərTAc-a istinadən məlumat verir ki, qətnamənin mətnində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Azərbaycanın Xocalı şəhərinin keçmiş SSRİ-nin hərbi alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən, bu şəhərin 600-dən çox dinc sakininin qətlə yetirilməsindən danışılır.

Oklahoma ştatının Senatı faciəli hadisələr faktını nəzərə alaraq və Xocalı qətliamının 21-ci ildönümünü qeyd edərək, bu qətnaməni ABŞ Konqresinə, Dövlət Departamentinə və ABŞ-ın Azərbaycandakı səfirliyinə göndərmək barədə qərar qəbul edib.

Qətnamənin müəllifi Oklahoma ştatının 26-cı dairəsini təmsil edən deputat Tom İvesterdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti