...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiq etmə təhdidlərindən uzaq olmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2013 09:46 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiq etmə təhdidlərindən uzaq olmağa çağırır.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiq etmə təhdidlərindən uzaq olmağa çağırır

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Mehdiyev/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiq etmə təhdidlərindən uzaq olmağa çağırır.

Trend ABŞ Dövlət Departmentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Patrix Ventrel bəyan edib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün münaqişə tərəfləri ilə iş aparmağa sadiqdir.

"Hesab edirik ki, güc tətbiq edilməsi münaqişənin həllinə gətirib çıxarmayacaq və biz münaqişə tərəflərini güc tətbiq etməkdən və ya güc tətbiq etmək təhdidlərindən kənar olmağa çağırırıq", - Ventrel deyib.

Ventrel ABŞ-ın dövlət katibi Con Kerrinnin Türkiyədə xarici işlər naziri Əhməd Davudoğlu ilə Dağlıq Qarabağla bağlı apardığı müzakirələr barədə sualı cavablandırarkən müzakirənin dəqiq təfsilatları ilə tanış olmadığını diqqətə çatdırıb.

Türkiyə-Ermənistan münasibətlərinə dair fikir bildirən Ventrel qeyd edib ki, bu, ABŞ-ın Türkiyə siyasətçiləri ilə daim müzakirə etdikləri məsələdir. Lakin Ventrel bu məsələ haqqında geniş məlumatı olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti