...

Braziliya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 May 2013 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir M.Əliyev/

Braziliya parlamenti Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətnamə qəbul edəcək.

Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda səfərdə olan Braziliya parlamentinin Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrino Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

N.Pelleqrinonun sözlərinə görə, qətnamənin qəbul edilməsi məsələsi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı da müzakirə edilib və qərara alınıb ki, üzərində işlədikləri bu qətnamə tezliklə qəbul olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti