...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2013 09:30 (UTC +04:00)
Cəbhə xəttində gərginlik davam edir.
Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Cəbhə xəttində gərginlik davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Qaralar kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti