Cəbhə xəttində atəşkəs yenidən pozulub

Azərbaycan, Bakı, 10 iyun /Trend /
Erməni silahlı bölmələri dünən və bu gecə mövqelərimizi atəşə tutub.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Cəvahirli, Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Xəbər lenti
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada - MÜSAHİBƏ