...

Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2013 09:31 (UTC +04:00)
Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.
Mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti