...

Daxili işlər naziri: Əfqanıstan Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanın mövqeyini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyul 2013 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir S.Əhmədova/

Əfqanıstan Ermənistan-Azərbaycan münaqişəsində daim Azərbaycanın mövqeyini dəstəkləyir. Bu barədə Əfqanıstanın daxili işlər naziri Qulam Müctəba Patang Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı bildirib.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərdən məmnunluğunu bildirib. Bu münasibətlərin ənənəvi olaraq dostluq və qardaşlıq xarakteri daşıdığını, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Nazir Elmar Məmmədyarov Azərbaycanın Əfqanıstana dəstəyinin bundan sonra da davam edəcəyini qeyd edib və Ermənistan-Azərbaycan münaqişəsində Əfqanıstanın mövqeyini yüksək qiymətləndirib.

Əfqanıstanın daxili işlər naziri Qulam Müctəba Patang ölkəmizə səfərdən məmnun olduğunu bildirib və ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatıdırıb. Qulam Müctəba Patang müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib və Azərbaycanın Əfqanıstana verdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə, həmçinin səfərlər mübadiləsinin həyata keçirilməsi və müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti