...

Fransa səfiri: Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin məntiqi həlli üçün daim işləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2013 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend/

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin məntiqi həllinə nail olmaq üçün daim işləyir. Trend-in cümə günü "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Ermənistandakı səfiri Anri Reno jurnalistlərə deyib.

Minsk qrupunun fəaliyyətinin tənqid edilməsinə münasibət bildirən diplomat qeyd edib ki, tənqid etmək həmişə asandır, fəaliyyət göstərmək isə çətin.

Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri problemin nizamlanmasına hər cür yardım göstərirlər: "Bu mürəkkəb vəziyyətdə belə, danışıqlar davam edir, vasitəçilər münaqişə tərəflərinin xarici işlər nazirlərinin görüşünü təşkil edirlər. Bu, prosesə əhəmiyyətli töhfədir".

İranın münaqişənin nizamlanmasında vasitəçi olmağa hazır olması barədə bəyanatına toxunan A.Reno xatırladıb ki, danışıqlar ATƏT-in Minsk qrupu formatında aparılır: "Münaqişə tərəfləri də işlərin bu formatda davam etdirilməsini istədiklərini bildiriblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti