...

Azərbaycan KİV Moldova ombudsmanına qarşı hücumları kənardan izləməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2013 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir E.Tariverdiyeva/

Moldovalı ombudsman Aureliya Qriqoriu ölkəsində ailəsi və uşaqlarının təqibə məruz qaldığını bildirib və Azərbaycanın kütləvi informasiya vasitələri (KİV) bu problemi kənardan izləməyəcək. Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında "Novosti-Azərbaycan"ın (АМИ "Новости-Азербайджан") baş direktoru Gülnarə Məmmədzadə deyib.

G.Məmmədzadənin sözlərinə görə, hər dəfə belə məsələlər ortaya çıxanda erməni lobbisinin maraqlarını irəli aparmaq və beynəlxalq normalar haqqında məsələni qaldırmağa çalışan siyasətçilərə hücum etməyə başladığını görürük.

O deyib ki, gələcəkdə bu ssenarinin təkrarlanması təhlükəsi mövcuddur: "Azərbaycan hələ Ermənistanla münaqişənin həllinə dinc yanaşma nümayiş etdirməyə çalışır, lakin Ermənistan tərəfi hələ buna hazır deyil. Aureliya Qriqoriu presedent yaratdı və bizim vəzifəmiz onun kimi beynəlxalq normaları müdafiə edəcək ombudsmanın davamçılarını, siyasətçiləri qorumaqdır".

Onun sözlərinə görə, Ermənistan erməni lobbisinin bütün mexanizmlərindən istifadə etməklə moldovalı ombudsmana hücumlar həyata keçirir. Burada məqsəd Ermənistanın özünün qəbuledilməz hərəkətlərini diqqətdən kənar qoymaqdır.

G.Məmmədzadə bildirib: "Mən Azərbaycan ictimaiyyətini dövlətin gücünü nümayiş etdirməyə, KİV-i isə vəziyyətə təsir etməyə çağırıram. Mən MDB, Baltika ölkələri və Gürcüstanın baş redaktorlar klubunun üzvü kimi belə təqibin gələcəkdə də təkrarlanmaması üçün bu məsələni diqqətdən kənar qoymayacağam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti