Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik avqusutun 31-də Dağlıq Qarabağ seprataçılarının nümayəndəsi Karen Mirzoyanla görüşüb. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, görüşün gedişində Kaspşik Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas xəttində vəziyyəti, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi tərəfindən işğal olunan ərazilərdə həyata keçirilən monitorinq məsələlərinə toxunub.