Mübariz Əhmədoğlu: Hərbi imkanlarımızın ermənilərə praktiki nümayişi zərurətə çevrilib

Mübariz Əhmədoğlu: Hərbi imkanlarımızın ermənilərə praktiki nümayişi zərurətə çevrilib

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın silahlanmaya lazım olan qədər vəsait ayırması mübahisəsiz məsələdir. Azərbaycanın hərbi ritorikası da beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanmır. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Cənubi Osetiya müharibəsindən əvvəl Rusiya ilə Gürcüstanın arasında 70-dən çox nota mübadiləsi olmuşdu: "Gürcüstanın müharibə ilə bağlı səsləndirdiyi bütün fikirlər rəsmi Moskva tərəfindən dərhal etirazla qarşılanırdı. Rusiya Dağlıq Qarabağda ehtimali-müharibə ilə bağlı Azərbaycan tərəfindən səslənmiş heç bir fikrə kəskin münasibət bildirməyib. Rusiyada başa düşürlər ki, Azərbaycan Gürcüstan deyil. Bu, təkcə Azərbaycanın əhali və ərazicə Gürcüstandan böyük olması ilə şərtlənmir. Qarşılıqlı maraqlı perspektiv var".

M.Əhmədoğlu hesab edir ki, hərbə ayırdığımız vəsaitin miqdarının və hərbi ritorikamızın indi kəmiyyətdən keyfiyyətə növbəti mərhələyə keçməsinin vaxtıdır, bəlkə də gecikmişik: "Azərbaycanın hərbi gücümüzün praktiki tətbiqinin yubanması hərbi qüdrətimizi şübhə altına ala bilər. İşğalçı qonşumuz orijinal məziyyətləri olan xalqdır; Ermənilər mahir blef ustasıdırlar. Serj Sarkisyan Dağlıq Qarabağda hərbi hissələrdə olarkən ətrafında heç bir hərbi texnika nümayiş etdirilmədi. Əgər Ermənistanın müasir hərbi texnikası olsaydı, bunu dərhal nümayiş etdirərdi. Ermənistanın hava hücumundan müdafiə sistemi güclü olsaydı, vaxtaşırı 5-6 təyyarə və vertolyotunu vurmaqla özünün hərbi hava qüvvələrinin gücünü nümayiş etdirərdi".

Politoloqun fikrincə, Rusiya ilə Ermənistan arasında Vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqqında deyilənlər də cəfəngiyatdan başqa bir şey deyil: "Azərbaycan cəmiyyətində olan rus qorxusundan Ermənistan öz maraqları üçün ağıllı şəkildə istifadə edir. Ermənistanın hava məkanının Rusiya tərəfindən qorunmasına çoxdan çalışır. V.Putinin birinci prezidentliyi dövründə bu təklif ortaya çıxdı. Rusiya qulaqardına vurdu. Dmitri Medvedevin prezidentliyi dövründə Ermənistan yenidən Vahid Hava Hücumundan Müdafiə məkanın yaradılması məsələsini qaldırdı. Beş ildir, Rusiya ilə Ermənistanın arasında Vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması haqqında danışıqlar gedir. Təşəbbüskar Ermənistandır. Amma hələ ki, Rusiya müqavilənin imzalanmasına razılıq verməyib. Rusiyanın Ermənistana silah satması ilə bağlı deyilənlər Ermənistanın antiazərbaycan təbliğatından başqa bir şey deyil".

M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın hərbi qüdrətinin praktiki tətbiqi müharibənin başlanması demək deyil.

Politoloqun sözlərinə görə, Azərbaycanda hərbi parad keçirilməsi elan olunan dövrdən, parad qurtardıqdan sonra bir neçə ay ərzində Ermənistan cəmiyyəti xof içində yaşayır: "Hər gün hərbi parad keçirmək olmaz, amma alınan silahların müxtəlif iqlim, təbii-coğrafi şərait adı altında hər bir silahın 8-10 dəfə sınağını keçirmək olar. Bu sınaqlar ermənilərə öldürücü təsir edəcək".

M.Əhmədoğlu əlavə edib ki, Azərbaycan hərbi aviasiya baxımından həmişə Ermənistandan güclü olub. O, bildirib ki, Azərbaycan aviasiyası həqiqi mənada erməni üçün psixoloji parametrdir: "Bu vaxtadək Azərbaycan aviasiyası "qoşunların təmas xətti" adlı erməni anlayışını populyarlaşdırmaq, ciddiləşdirməklə məşğuldur desək, o qədər yanılmarıq. Azərbaycan aviasiyası Dağlıq Qarabağ da daxil olmaqla bütün işğal olunmuş ərazilərimizin üzərində hərbi reydlər keçirməlidir".

Politoloq vurğulayıb ki, hərbi reydlərin keçirilməsi zamanı anonsa xüsusi diqqət vermək lazımdır: "Anons hərbi reydlərin keçirilməsi qədər zəruri element hesab edilməlidir. Xarici ölkələrin ölkəmizdəki səfirliklərinin hərbi attaşeləri, həmsədrlər əvvəlcədən məlumatlandırılmalıdırlar. Eyni zamanda, Dağlıq Qarabağdakı erməni əhalisi də mümkün vasitələrlə məlumatlandırılmalıdır ki, bu əməliyyat sadəcə aviareydlərdir və heç bir atəş açılmayacaq. Yalnız yerdən açılan atəşə cavab veriləcək. Bu aviareydlər Dağlıq Qarabağda erməni əhalinin davranışını rəsmi Yerevan üçün bir nömrəli məsələyə çevirəcəkdir. Hərbçilərimizin daha çox belə variantlar işləyib hazırlamaq imkanı var".

Aprelin 7-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 7-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 6-da xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 6-da xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 3-də xarici valyutaların manata qarşı məzənnələri
Aprelin 3-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Bakıda mənzildə qadın meyiti aşkarlanıb
Musa Quliyev: Ölkəmizdə koronavirus müayinəsi aparmaq üçün geniş imkanlara malik laboratoriyalar var
"Fromula-1" üzrə Kanada Qran Prisi təxirə salındı
Çox narahat idim, çünki 8 il yaşayacağıma ümidim yox idi - Əfv edilən məhkum
Arzu Nağıyev: Dövlət koronavirusla mübarizəni kompleks şəkildə həyata keçirir (VİDEO)
Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb
Heydər Əliyev Mərkəzindən İrana dəstək (VİDEO)
Nazirlər Kabineti işsizlərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasını təsdiq edib
Koronavirusla mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddəti uzadılıb
İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb
Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb
Bakıda mənzildə 1 nəfərin meyiti aşkarlanıb
Lerikdə ferma yandı
Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı
Bakıda cibgirlik edən şəxs tutulub
Norveç Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i tanımır
Aleksandr Lukaşenko: Koronavirusa yoluxanları şəxsən müalicə etməyə hazıram
Bakıda piyadanı vurub qaçan avtobus sürücüsü saxlanılıb
“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib
Sevinc Fətəliyeva: Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır
Astara gömrük postunun əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı ediblər (VİDEO)
Sahil Babayev: Fərdi sahibkarlar üçün DSMF-yə ödəmələr müəyyən qədər yüngülləşdirilə bilər
Əfv olunan şəxslər iki həftəlik istirahət mərkəzinə yerləşdirilir
Sahil Babayev: Xüsusi karantin rejimi uzansa, birdəfəlik ödəmələr davam etdiriləcək
Azərbaycanla Gürcüstan arasında yük daşımaları xüsusi protokol əsasında həyata keçirilir
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
AzMİU-nun magistratura pilləsində də onlayn təhsilə start verilib (FOTO)
Lənkəranda mina və qumbara partladıcısı tapılıb (FOTO)
ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır
Sahil Babayev: Karantin dövründə bütün bankomatlarda sosial ödənişlər üçün faiz tutulmayacaq
İşsiz şəxslərin elektron qaydada müraciəti üçün qeydiyyat günləri açıqlanıb
Azərbaycanda işsizlikdən sığorta mexanizminin daha da sadələşdirilməsi nəzərdə tutulur
Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxana quraşdırılacaq - SƏRƏNCAM
Aprelin 1-dən sonra da işsiz statusu alanlara birdəfəlik ödəmələr veriləcək
DİN: SMS məlumatlarını saxtalaşdıran şəxs həbs edildi (VİDEO)
Aprelin 8-də dolların manata qarşı məzənnəsi
Dövlət Komitəsində videoqəbullar davam etdirilir (FOTO)
ÜST-dən pandemiya zamanı məhdudiyyətlər barədə çağırış
Hikmət Babaoğlu: "Milli Şura" adlandırılan marginal qrupun bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır
Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT açıqlandı
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb
Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib, 189 nəfərə xəbərdarlıq olunub
İcazəsiz quş ovlayan şəxs cəzalanıb
OPEC+ ölkələri neft hasilatının azaldılmasını müzakirə edəcəklər
FHN dezinfeksiya işlərini davam etdirir (VİDEO)
Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü - Operativ Qərargah
Adil Əliyev: Əfv sərəncamı həssas qrupa daxil olan insanlara münasibətdə humanist bir addımdır
Koçaryan Paşinyanı məhkəməyə verib
Vüqar İskəndərov: Məhkum edilmiş şəxslərin əfv edilməsi ümumi ictimai həmrəylik baxımından əlamətdar hadisədir
Vüqar Rəhimzadə: Azərbaycan dövlətinin bu addımları demokratik dəyərlərə sadiqliyin nümunəsi kimi də qiymətlidir
IATA bütün ölkələri sərnişinlərə pul əvəzinə depozit vauçerləri təqdim olunmasına icazə verməyə çağırıb
DİN Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası barədə məlumat yayıb
Ombudsman Səbinə Əliyeva əfv sərəncamının icrasında iştirak edib (FOTO)
Ötən gün 14 cinayətin üstü “isti izlər”lə açılıb
Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan əcnəbilərə səslənib (VİDEO)
Pərvin Kərimzadə: Əfv aktı dövlət siyasətinin əsasını insan amili təşkil etdiyini yenidən gündəmə gətirdi
Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür
DİN: “8103"ə 90 dəfə sms göndərən ata və azyaşlı oğlu müəyyən edilib (FOTO/VİDEO)
"WhatsApp" ismarıcların göndərilməsinə məhdudiyyət qoyub
Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir
Beynəlxalq Muğam Mərkəzindən #Evdəqal kampaniyasına töhfə (VİDEO)
Təbiətə ziyan vuran şəxs cəzalanıb
İsmayıllıda naməlum kişi meyiti tapılıb
Emin Hacıyev: Ermənistanın fəlakətdən qaçması mümkün deyil
Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb
Gömrük xidməti daha bir sosialyönümlü videoçarx hazırlayıb (VİDEO)
Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib
Çinin Cek Ma və Alibaba fondları COVID–19 ilə mübarizə üçün Azərbaycana tibbi humanitar yardım göndərib (FOTO)
İspaniyada koronavirusdan ölənlərin sayı yenidən artdı
Kürdəmirdə birmərtəbəli ev yanıb
Əfvin icrası başa çatdı
Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir
Yaponiyada fövqəladə vəziyyət elan edilib
Səbail rayonunda dezinfeksiya tədbirləri davam edir (FOTO)
İranda epidemiya qurbanlarının sayı artıb
Respublika Seysmoloji Xidmət Mərkəzi gücləndirilmiş rejimdə işləyir (FOTO)
İlk zərbəni öz üzərinə gömrükçülər götürdü
Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi - Əfv edilən məhkum
Azərenerji “Biz sizin üçün işləyirik. Siz bizim üçün evdə qalın!" videoçarxı yayıb
Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb
OPEK+ ölkələri nazirlərinin iclasının vaxtı açıqlanıb
Meksika XİN Pasxa bayramı ərəfəsində vacib olmayan səfərlərdən çəkinməyə dair çağırış edir
SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib
Sabaha olan hava proqnozu açıqlanıb
Yaponiya 20 ölkəyə koronavirusa görə dərman təhvil verəcək
İranda bu gündən ictimai distansiya başlanır
Azərbaycanda tibbi maska istehsalına başlandı (FOTO/VİDEO)
Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac duyulur
Qar örtüyünün hündürlüyü Yardımlıda 4 sm olub - FAKTİKİ HAVA
Ombudsman: Əfv edilənlərin ən yaşlısının 87 yaşı var
Gənc istedadlarımız gözəl ifaları ilə #evdeqalmusiqisizqalma çağırışını edirlər (VİDEO)
Dövlət tərəfindən 600 min sahibkara dəstək və yardım göstəriləcək
“Azpetrol” şirkəti YDM-də xüsusi tədbirlər görüb
Azərbaycan HHQ-nin nümayəndələri Rusiyanın döyüş təyyarələri istehsal edən müəssisələrində olublar (FOTO)
Lerikdə meşədə ağac kəsən şəxslər cəzalanıb
10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxıldı
Azərbaycanın sənaye parklarında yerləşən müəssisələrdə işçilərin ixtisarı aparılmır
Aprelin 8-nə olan teledərslərin proqramı açıqlanıb
Bütün xəbərlər