...

Cəbhə bölgəsində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiyası keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2014 13:17 (UTC +04:00)
Cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib.
Cəbhə bölgəsində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiyası keçirilib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, toplantıda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, müstəqil xidmət rəisləri, birlik komandirləri və qərargah rəisləri iştirak edib.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.

Aparılan fəaliyyətlərlə bağlı birləşmə komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və müdafiə naziri Zakir Həsənov qısa zaman ərzində müdafiə zolağının təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti