...

Səlahəddin Özgündüz: "Qazi azan Qarabağ azad olunduqdan sonra bu torpaqlarda yenidən oxunan ilk azan olacaq" (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2014 13:27 (UTC +04:00)
Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədər dünyanın bir sıra ölkələrində, o cümlədən qardaş Türkiyədə tədbirlər davam edir.
Səlahəddin Özgündüz: "Qazi azan Qarabağ azad olunduqdan sonra bu torpaqlarda yenidən oxunan ilk azan olacaq" (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədər dünyanın bir sıra ölkələrində, o cümlədən qardaş Türkiyədə tədbirlər davam edir.

Bu dəfə Türkiyənin böyük məscidlərinin birində cümə xütbəsi Qarabağa və Xocalıya həsr edilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İstanbuldakı "Zeynəbiyyə" məscidindəki cümə xütbəsində Türkiyə cəfərilərinin lideri Səlahəddin Özgündüz Qarabağın işğalı və Xocalı soyqırımı haqqında danışıb.

Xütbəsində erməni təcəvüzkarları nəticəsində Azərbaycanın torpaqlarının işğal olunduğu, minlərlə şəhidin verildiyi, 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz yurd-yuvaları tərk etməsinə səbəb olan Qarabağ müharibəsinə toxunan S.Özgündüz Qazi Qarabağ azanı haqqında da məlumat verib. O, qeyd edib ki, vaxtilə Qarabağda səslənən bu azanın sədaları altında 5 minə yaxın şəhid dəfn edilib.

"Bu müsəlman qardaşlarımıza qarşı törədilmiş zülmlərə göz yummamalıyıq. Qazi Azan necə ki, işğaldan öncə səsələnən son azan olub inşallah Qarabağ azad olunduqdan sonra bu torpaqlarda yenidən oxunan ilk azan olacaqdır" deyə S. Özgündüz xütbəsində bildirib.

Qeyd edək ki, Qazi Qarabağ azanı işğaldan öncə Qarabağda səsələnmiş son azandır. 20 il sonra 2013-cü il fevral ayının 22-də ilk dəfə olaraq dini icmaların təşəbbüsü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə azan yenidən "Haqqın və haqqımızın səsi - Qazi Qarabağ azanı" layihəsi çərçivəsində Ağdamın Çəmənli kəndində təmas xəttinin 2 kilometrliyindəki "Cəmşid" məscidində səsləndirilib. Dini icmaların təklifi ilə Azərbaycanda hər cümə günü (cümə namazları üçün) əksər məscidlərdə Qarabağa dəstək məqsədilə Qazi Qarabağ azanı səsləndirilir. Eyni zamanda, 26 fevral Xocalı faciəsinin ildönümü günü dünyanın bir çox ölkələrinin məscidlərində "Haqqın və haqqımızın səsi" devizi altında Qazi Qarabağ azanı səsləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti