...

Rumıniya mətbuatında Xocalı faciəsinə həsr olunan məqalə dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2014 21:54 (UTC +04:00)
Səfirliyin təşəbbüsü ilə fevralın 24-də Rumıniyada geniş oxucu kütləsinə malik, bu ölkənin aparıcı qəzetlərindən olan “Romania Libera” (Azad Rumınya) qəzetində Xocalı facisəinin 22-ci ildönümünə həsr olunan “Xocalıya ədalət, Qarabağa azadlıq” başlıqlı məqalə dərc olunmuş
Rumıniya mətbuatında Xocalı faciəsinə həsr olunan məqalə dərc olunub

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Səfirliyin təşəbbüsü ilə fevralın 24-də Rumıniyada geniş oxucu kütləsinə malik, bu ölkənin aparıcı qəzetlərindən olan "Romania Libera" (Azad Rumınya) qəzetində Xocalı facisəinin 22-ci ildönümünə həsr olunan "Xocalıya ədalət, Qarabağa azadlıq" başlıqlı məqalə dərc olunmuş, internet səhifəsində isə eyni adlı məlumat (http://www.romanialibera.ro/opinii/comentarii/dreptate-pentru-khojali-libertate-pentru-karabakh-326900.html#top_articol) yerləşdirilmişdir.

Azərbaycanın Rumıniyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə erməni silahlı qüvvələri tərəfindən Xocalıda törədilən amansız qətliamın bəşəriyyət tarixində insanlıq əleyhinə olan təkrarsız soyqırım aktı olduğu, Xocalıda yaşayan dinc sakinlərin kütləvi şəkildə öldürüldüyü, yaralandığı, əlil olduğu və itkin düşdüyü göstərilir. Həmçinin, Xocalı hadisəsinin 2-ci Dünya Müharibəsi zamanı faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi qırğınlar və Srebreniçada müsəlmanların kütləvi şəkildə öldürülməsi cinayəti ilə müqayisə olunduğu qeyd olunur.

Məqalədə həmçinin, hazırda İnterpolun xətti ilə barəsində beynəlxalq axtarış elan olunan Zori Balayanın 1996-cı ildə nəşr olunan "Ruhumuzun canlanması" adlı əsərindən özünü yazdığı qeyri-insani hissləri ifadə edən sitatlar, həmçinin əsərdə onun Xocalı soyqırımına haqq qazandırdığı və bu şəhərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyini fəxrlə etiraf etdiyi, Beyrutda yaşayan erməni jurnalisti Davud Xeyriyyanın 2000-ci ildə qələmə aldığı "Xaç naminə" kitabında ermənilər tərəfindən Xocalıda törədilən misli görünməmiş vəhşiliklər barədə yazdığı əks olunur.

Eyni zamanda məqalədə bildirilir ki, Ermənistan prezidenti Serj Sarkisyan səsləndirdiyi bəyanatda özü etiraf edərək deyib ki, "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı. Biz onsuz da bunu vaxtaşırı olaraq edirik. Lazım gəlsə, yenə də edərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti