...

Kolumbiya Senatının üzvü Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyinə müraciət ünvanlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 10:37 (UTC +04:00)
Müraciətdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilərək, Kolumbiya Respublikası Senatı və xalqının Azərbaycan Respublikasının qardaş xalqı ilə həmrəyliyi ifadə olunur.
Kolumbiya Senatının üzvü Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyinə müraciət ünvanlayıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir S.Əhmədova/

Kolumbiya Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, 2012-ci ilin 28 mart tarixində Kolumbiya Senatında qəbul edilmiş "Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi" barədə Qərarın müəllifi senator Alexandra Moreno Pirakive tərəfindən Azərbaycanın Meksikadakı səfirliyinə müraciət ünvanlanıb.

Müraciətdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilərək, Kolumbiya Respublikası Senatı və xalqının Azərbaycan Respublikasının qardaş xalqı ilə həmrəyliyi ifadə olunur.

Trend-in Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinə istinadən verdiyi məlumata görə, müraciətdə 1992-ci ilin 25 fevral gecəsində Ermənistan Respublikasının işğalçı qoşunları tərəfindən 613 nəfərin öldürüldüyü xatırlanaraq, bu zorakılıq aktının unudulmaması və bir daha təkrarlanmaması naminə davamlı birgə işin aparılmasına çağırış ifadə edilir.

Müraciətdə həmçinin Kolumbiya Konqresinin Senat və Nümayəndələr palatasının üzvlərinin hər iki palatada müvafiq qərarlar qəbul etməklə, Azərbaycanın mülki əhalisinin iztirablarını anladıqları qeyd edilərək, onların təqsirkarları yekdilliklə qınadıqları diqqətə çatdırılır. Həmçinin Azərbaycan xalqına hörmət və dostluq hissi bir daha ifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti