...

Azərbaycan Ordusunun əsgəri erməni gülləsindən şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2014 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri, ölümündən sonra medalla təltif edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 17-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Həsənov Elvin Çingiz oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti