...

Cəbhə xəttində atəşkəs rejimi pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2014 09:48 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Cəbhə xəttində atəşkəs rejimi pozulub

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti