...

Mübariz Əhmədoğlu: Həmsədrlər Serj Sərkisyanın Minsk Qrupunun təkliflərinin müxtəlif cür anlaşılmasına dair bəyanatına rəsmi şərh verməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2014 11:51 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sərkisyan Yenilənmiş Madrid Prinsiplərini Azərbaycan və Ermənistan tərəfdən müxtəlif cür anlaşıldığına və bunu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin səbəbi olmasına dair bəyanat verdi. Bunun ardınca S.Sərkisyan Dağlıq Qarabağı ikinci erməni respublikası adlandırdı.
Mübariz Əhmədoğlu: Həmsədrlər Serj Sərkisyanın Minsk Qrupunun təkliflərinin müxtəlif cür anlaşılmasına dair bəyanatına rəsmi şərh verməlidir

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Ermənistan prezidenti Serj Sərkisyan Yenilənmiş Madrid Prinsiplərini Azərbaycan və Ermənistan tərəfdən müxtəlif cür anlaşıldığına və bunu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin səbəbi olmasına dair bəyanat verdi. Bunun ardınca S.Sərkisyan Dağlıq Qarabağı ikinci erməni respublikası adlandırdı. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq deyib ki, S.Sərkisyan rəsmən Ermənistanın prezidenti hesab olunur: "Onun Ermənistan İctimai Televiziyasına müsahibəsində Dağlıq Qarabağ təznimlənməsilə bağlı son bəyanatı vasitəçilər tərəfindən rəsmi mövqeyin nümayişini tələb edir. ATƏT MQ həmsədrlərinin "Madrid Prinsiplərinin yenilənmiş variantı" adlanan, 2009-cu ilin iyulunda İtaliyanın Akvil şəhərində ATƏT MQ həmsədr ölkə prezidentlərinin imzaladığı sənədin bütün hissələrini (preambula, 6 maddə və rezyume) rəsmən təfsir və ya izah etməlidirlər. Bu Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində dönüş yarada bilər. Az savadlı, dar düşüncəli Ermənistan prezidenti dəfələrlə məntiqsiz və ziddiyyətli bəyanatlar verib; İşğal edilmiş Ağdam vəya Füzuli rayonlarının bir kəndindən digər kəndinə getməyi qadağan edən S.Sərkisyan Avropada sərbəst yerdəyişmə hüququnun prioritetliyindən mühazirə oxuyur. ATƏT MQ həmsədrləri onun belə bəyanatlarına münasibət bildirməyiblər".

M.Əhmədoğlunun sözlərinə görə, həmsədrlər əgər Madrid Prinsiplərinin Yenilənmiş Variantının bütün hissələrinə rəsmi təfsir verə bilməsələr də hal-hazırda aktual məsələ olan Dağlıq Qarabağın statusunun müəyyənləşməsi barədə rəsmi izah verməlidirlər: "Statusu kim müəyyən edəcək və bu zaman təkcə ingilis dilindən deyil, rus, Azərbaycan və erməni dillərində də həmin termin aydın şəkildə izah edilməlidir. İngilis dilində "xalq" və "əhali" eyni terminlə (people) ifadə olunur. "Dağlıq Qarabağ xalqı" yoxdur, lakin Dağlıq Qarabağ əhalisi qısa müddət ərzində formalaşdırıla bilər. Dağlıq Qarabağın statusunun hansı şəraitdə müəyyən olunmasının da aydınlaşdırılması vacibdir. Dağlıq Qarabağın statusunun müəyyən olunması, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasına nəzəri-metodoloji baxımdan necə bağlanması da izahını gözləyən məsələdir. Dağlıq Qarabağın statusunun müəyyən olunması məsələsinə Azərbaycan və Ermənistanın üst-üstə düşən və fərqli baxışları açıqlanmalıdır. Dağlıq Qarabağın statusunun müəyyən olunması həmsədrlər tərəfindən geniş müzakirə olunmuş məsələdir. Bu mövzuda onlarda hər iki tərəfin mövqeyi barədə xeyli materiallar var. Bu o deməkdir ki, vasitəçilər statusun müəyyənləşməsinə dair məlumatların azlığına istinad edə bilməzlər. Hətta o da bəllidir ki, S.Sərkisyan Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağ azərbaycanlılarının iştirakının tərəfdarıdır. Amma S.Sərkisyanın fikrincə, Dağlıq Qarabağ azərbaycanlıları hal-hazırda dislokasiya olunduqları ərazidə yaşaya-yaşaya Dağlıq Qarabağın statusunun müəyyən olunması haqda referendum səs verməsində iştirak etməlidirlər. Əlbəttə S.Sərkisyanın bu fikri absurddur; Ən azı, referendum iştirakçıları qoyulan sualın müzakirəsində polemikaya girməlidirlər. Demokratiyanın tələbi belədir".

Politoloqun fikrincə, baş verənlər ATƏT MQ həmsədrlərinin qərəzsizliyinin və münaqişənin dinc yolla tənzimlənməsinə inamlarının göstəricisi olacaq: "Hər halda S.Sərkisyanın bəyanatından bir həftə vaxt ötüb. Vasitəçilər S.Sərkisyanın bu bəyanatına dinc danışıqları irəlilətmək üçün ələ düşən mühüm fürsət kimi yanaşmalı idilər. Həmsədrlər isə bir həftə gecikiblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti