...

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun səmimi səyləri olmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2014 16:58 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu günə qədər ATƏT-in Minsk qrupunun səmimi səyləri olmayıb.
Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun səmimi səyləri olmayıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu günə qədər ATƏT-in Minsk qrupunun səmimi səyləri olmayıb. Minsk qrupunun üzvləri - ABŞ və Rusiya hər ikisi birlikdə istəsəydi, Dağlıq Qarabağ münaqişəsi artıq həllini tapmışdı. Trend xəbər verir ki, bunu Bakıda jurnalistlərə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Avropa siyasətinə təsir edir və artıq münaqişənin həlli üçün səmimi səylər ortaya qoyulmalıdır: "Dağlıq Qarabağ münaqişəsi səbəbindən qadınlar, uşaqlar qaçqın və məcburi köçkün həyatı yaşayırlar. Azərbaycanın işğal edilmiş torpaqlarında qətliamlar, Xocalı soyqırımı baş verdi. Bu münaqişə tezliklə həll edilməlidir".

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinə Ukrayna böhranı qədər həssas yanaşmamasına gəlincə, M.Çavuşoğlu qeyd edib ki, təşkilatın Ukrayna böhranının həllində nə dərəcədə təsirli rola malik olmasına baxmaq lazımdır: "Bu gün əslində Ukraynadakı qaşıdurma daha öncəki münaqişələrin həll olunmamasının nəticəsidir. Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrində, Azərbaycanın Dağlıq Qarabağ, Moldovanın Dnestryanı problemləri ortaya çıxdı. İndi isə Krım məsələsi meydana çıxdı. Dondurulmuş münaqişələr bütünlüklə Avropa miqyasında sabitlik üçün təhlükədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti