...

The Hill qəzeti Azərbaycanın Los Ancelesdəki baş konsulunun Ermənstanın işğalıçılıq siyasətinə dair məqaləsini dərc edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2014 10:45 (UTC +04:00)
ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi oxunan “The Hill” qəzetinin 2 iyul 2014-cü il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənstanın işğalıçılıq siyasətinə dair məqaləsi dərc olunub.
The Hill qəzeti Azərbaycanın Los Ancelesdəki baş konsulunun Ermənstanın işğalıçılıq siyasətinə dair məqaləsini dərc edib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi oxunan "The Hill" qəzetinin 2 iyul 2014-cü il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənstanın işğalıçılıq siyasətinə dair məqaləsi dərc olunub.

Baş Konsulluqdan trend-ə verilən məlumata görə, "Dağlıq Qarabağ: sabitliyə və ABŞ maraqlarına təhlükə" (Nagorno-Karabakh: A threat to stability and US interests) başlıqlı məqalədə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləməyə və Azərbaycanın mədəni irsinin dağıdılmasına, həmçinin Ermənistanın müvafiq BMT qətnamələrinə məhəl qoymamasına diqqət çəkilir.

Bildirilir ki, hazırda dünya ictimaiyyətinin diqqəti İraq, Suriya və Ukraynada baş verən böhranlara cəmləşsə də, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yaranmış durum regional sabitliyə ciddi təhlükə törətməkdə davam etməkdədir. Bu səpkidə Qafqaz regionunun geosiyasi önəminə və ABŞ-ın bu regiondakı maraqlarına toxunularaq, Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı roldan, beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələrdən və ABŞ-ın Əfqanıstandakı qoşunları üçün yaratdığı vacib dəhliz imkanlarından bəhs olunur, Qafqaz regionundakı sülh və sabitliyin ABŞ-ın regional və qlobal maraqları baxımından mühüm önəm daşıdığı vurğulanır.

Diplomat qeyd edir ki, 90-cı illərdən münaqişənin həllində vasitəçi olan ABŞ Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılmış rejimi tanımadqdan imtina edib və bu yaxınlarda erməni qoşunlarının Azərbaycanın bəzi işğal olunmuş rayonlarından çıxarılmasının vacibliyini bir daha bildirib. Ancaq müəllifin fikrincə, bütün bunlar təqdirəlayiq olsa da, Ermənistanı öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün kifayət etmir. Qeyd olunur ki, regionda böyük maraqları olan ABŞ Ermənistanın beynəlxalq ictimaiyyətin iradəsini rədd etməsinə və Qafqazda sülhə təhlükə törətməsinə imkan verməməli, Ermənistandan beynəlxalq hüquqa əməl etməyi tələb etməlidir. Baş konsula görə, Ermənistanın tabe olmayacağı təqdirdə, ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli, onu öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Diplomat bildirir ki, bunsuz hər hansı həllə nail olmaq mümkün olmayacaq, qeyri-sabitlik və yeni müharibə təhlükəsi qalmaqda davam edəcəkdir.

Eyni zamanda müəllif, bu il Kaliforniya Ştat Assambleyasında erməni lobbisi tərəfindən irəli sürülmüş qondarma "dqr" ilə bağlı AJR 32 saylı qətnaməyə toxunaraq, belə qərəzli təşəbbüslərin nəinki ABŞ-ın regiondakı mövqeləri üçün ziyanlı olduğunu, həmçinin, bölgədə onsuz da mürəkkəb olan vəziyyəti daha da qəlizləşdirdiyini bildirir.

Bu səpkidə, baş konsul, beynəlxalq hüququ pozan, etnik təmizləməyə bəraət qazandıran, eləcə də Amerika xarici siyasətinə və maraqlarına zidd olan belə qərəzli qətnamələrin qarşısının ABŞ Hökuməti tərəfindən alınmasının vacibliyini vurğulayır.

Məqalə ilə bu linkdə tanış olmaq olar:

Original link: http://thehill.com/blogs/congress-blog/foreign-policy/211096-nagorno-karabakh-a-threat-to-stability-and-us-interests#ixzz36LKojxdE

Qısaldılımış link: http://goo.gl/1WHSHW

Məqalədə:
Xəbər lenti

Xəbər lenti