...

Əli Əhmədov: Dəyanətli hərbçilərimiz həlak olan övladlarımızın qisasını alacaqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2014 13:52 (UTC +04:00)
"Azərbaycan xalqı bu qanı yerdə qoymayacaq. Bizim hərbçilərimiz, dəyanətli döyüşçülərimiz tökülən qanların, həlak olan övladlarımızın qisasını alacaqlar".
Əli Əhmədov: Dəyanətli hərbçilərimiz həlak olan övladlarımızın qisasını alacaqlar

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan xalqı bu qanı yerdə qoymayacaq. Bizim hərbçilərimiz, dəyanətli döyüşçülərimiz tökülən qanların, həlak olan övladlarımızın qisasını alacaqlar". Trend-in məlumatına görə, bu barədə bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov son günlər cəbhə xəttində baş verən gərginliyə münasibət bildirərkən deyib.

Ə.Əhmədov vurğulayıb ki, Ermənistanın təxribatları erməni tərəfinin son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli sürətdə həll olunması ilə əlaqədar səsləndirilən bəyanatlara verdiyi əsəbi reaksiyanın ifadəsidir: "Yəqin ki, Ermənistan bununla öz əhalisinin diqqətini daxili qeyri-sabitlikdən yayındırmağa cəhd edir. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusunun gücü, qüdrəti, əsgərlərimizin mətinliyi erməniləri narahat edir. Cəbhə bölgəsində son günlərdə törədilən təxribatlar da məhz bu narahatlığın bariz nümunəsidir. Lakin Azərbaycan dövlətinin gücü, xalqının mətanəti, ölkəmizin yetişdirdiyi dəyanətli övladlar Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə və tökülən qanların əvəzini çıxmağa hazırdırlar və bunu edəcəklər".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti