...

Ağ Evin rəsmi saytında Ermənistanın atəşkəsi pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Avqust 2014 20:13 (UTC +04:00)
Ağ Evin rəsmi saytının "Biz xalqıq" (We the People) bölməsində son günlər Ermənistan ordusunun atəşkəs rejimini pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirilib.
Ağ Evin rəsmi saytında Ermənistanın atəşkəsi pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirilib

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Ağ Evin rəsmi saytının "Biz xalqıq" (We the People) bölməsində son günlər Ermənistan ordusunun atəşkəs rejimini pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə AzərTAc-a Azərbaycan Dövlət İdarəçilik Akademiyasının tələbələri məlumat veriblər. Tələbələr öz təşəbbüsləri ilə bu petisiyaya başladıqlarını bildiriblər. ABŞ Prezidenti Barak Obama administrasiyasının diqqətinə ünvanlanmış petisiyada son günlər qoşunların təmas xəttində Ermənistan ordusunun atəşkəsi pozduğu və erməni kəşfiyyat qruplarının Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar etdiyi qeyd olunur. Bildirilir ki, bunun nəticəsinə Azərbaycan ordusu itkilər verib, yaralılar var.

Müraciətdə, həmçinin qeyd edilir ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyli insanın ölümünə, regionda sabitliyin və təhlükəsizliyin pozulmasına səbəb olub.

Petisiyada vurğulanır ki, Azərbaycan xalqı bölgədə sülhün bərqərar olmasını və erməni təcavüzkarlarının atəşkəsi pozmalarına son qoyulmasını istəyir.

Petisiyanı dəstəkləmək üçün göstərilən linkə (https://petitions.whitehouse.gov/petition/stop-armenia-violate-casefire-regime-border-azerbaijan/sbD9shFC) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

Qeyd edək ki, petisiyaya Ağ Ev tərəfindən baxılması üçün bu il sentyabrın 2-dək 100 000 imza toplanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti