...

Fikrət Sadıqov: Azərbaycanın BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi haqqında Ermənistan Prezidentinin bəyanatı təqsirkar uşağın kəkələməsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2014 13:35 (UTC +04:00)
Soçidə Ermənistan rəhbəri tərəfindən 1993-cü ildən bəri Azərbaycanın BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi haqqında bəyanatı təqsirkar uşağın kəkələməsi kimi səslənir.
Fikrət Sadıqov: Azərbaycanın BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi haqqında Ermənistan Prezidentinin bəyanatı təqsirkar uşağın kəkələməsidir

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Səba Ağayeva /

Soçidə Ermənistan rəhbəri tərəfindən 1993-cü ildən bəri Azərbaycanın BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi haqqında bəyanatı təqsirkar uşağın kəkələməsi kimi səslənir. Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov belə hesab edir.

Sadıqov bazar günü Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün nəticələrini şərh edərkən Trend-ə bildirib: "Azərbaycanı BMT TŞ-nin Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini azad etməsinə dair qətnamələrini yerinə yetirməməkdə ittiham etmək Azərbaycanı Yaxın Şərq problemi və ya Fələstin-İsrail nizamlanması üzrə qətnamələri yerinə yetirməməkdə günahlandırmağa bərabərdir. Bu tamamilə cəfəngiyyat idi".

Bazar günü Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə üçtərəfli görüşü keçirilib.

Ermənistan Prezidenti S.Sarkisyan Azərbaycanı BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsində öz töhfəsini verməməkdə günahlandırıb.

Dünən Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşü keçirilib.

Politoloqun sözlərinə görə, Soçidəki görüş bir gün əvvəl ekspertlərin belə vəziyyətdə münaqişənin nizama salınması üzrə sıçrayışlı qərarların qəbul edilmədiyi barədə proqnozlarını bir daha təsdiqlədi: "Bununla belə, Azərbaycan Prezidenti, şübhəsiz ki, bu üçtərəfli görüşdən Ermənistanın beynəlxalq hüquq normalarına tam etinasızlıq göstərdiyinə, Azərbaycan ərazilərindən erməni qoşunlarının tamamilə çıxarılması haqqında BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsinə diqqəti yönəltmək üçün istifadə etdi, açıq şəkildə bildirdi ki, istənilən halda Azərbaycan bütün işğal edilmiş ərazilərinin azad olunmasına nail olacaq və bu məsələdə heç bir güzəşt olmayacaq ".

Onun sözlərinə görə, Soçi görüşündə digər mühüm məqam Rusiya ilə Ermənistan arasında strateji müttəfiqliyin mövcud olmasına baxmayaraq, RF Prezidenti Vladimir Putinin ümumilikdə, bu məsələdə müəyyən məsafə saxlaması, yəni ötən dəfəki kimi Ermənistan ilə öz müttəfiqlik əlaqələrini nəzərə çatdırmaması idi və Ermənistan Prezidenti bunu başa düşdü.

Sadıqov bildirib ki, Azərbaycan Prezidentinin çıxışı və ümumilikdə keçirilən görüş fonunda Ermənistan rəhbərinin 1993-cü ildən bəri Azərbaycanın BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi haqqında bəyanatı nə baş verdiyini anlamayan insanın çıxışı kimi səslənir: "Sarkisyan tamamilə hüquqi və siyasi cəhətdən uduzmuş vəziyyətdə qaldı və bu, xüsusilə aydın hiss olunurdu. Çünki əgər Azərbaycan hüquq və siyasi mədəniyyət normalarının dilində danışırdısa, Ermənistanın dövlət başçısının sözləri çox ağır təəssürat yaratdı və real həqiqətdən o qədər uzaq idi ki, çox az adam onları ciddi olaraq qəbul etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti