...

Müdafiə Nazirliyinin Baş Qərargah rəisi cəbhədə ordunun döyüş qabiliyyətini yoxlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Avqust 2014 12:18 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. Bu barədə Trend Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.
Müdafiə Nazirliyinin Baş Qərargah rəisi cəbhədə ordunun döyüş qabiliyyətini yoxlayır

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. Bu barədə Trend Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Səfərin məqsədi müdafiənin ön xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti