Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasına dünən Uelsdə baş tutan danışıqlar səmərəli keçib. Trend xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Həmsdər qeyd edib: "Uelsdə Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar səmərəli keçib. Biz kömək etməyə hazırıq".
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin məlumatında isə bildirilmişdi ki, ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla NATO sammiti çərçivəsində keçirdiyi görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı öz dərin narahatlığını ifadə edib.