...

Ermənilərin Azərbaycanla sərhədboyu və cəbhə xəttində təxribatları davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Yanvar 2015 09:24 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənilərin Azərbaycanla sərhədboyu və cəbhə xəttində təxribatları davam edir

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İlkin İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub.

Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Kəngərli, Cəvahirli, Mərzili, Novruzlu, Şirvanlı, Sarıcalı, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti