...

Elmar Məmmədyarov həmsədrlərlə Krakovda gələn həftə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2015 19:20 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andryu ilə görüşüb.
Elmar Məmmədyarov həmsədrlərlə Krakovda gələn həftə görüşəcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andryu ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş əsnasında E.Məmmədyarovun ATƏT Minsk qrupunun həmsədrləri ilə 27 yanvar 2015-ci il tarixində Krakov şəhərində görüşməsi barədə razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti