...

BMT-yə azərbaycanlı qaçqınların vəziyyəti haqqında hesabat təqdim olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2015 13:36 (UTC +04:00)
BMT-yə azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında hesabat təqdim olunacaq.
BMT-yə azərbaycanlı qaçqınların vəziyyəti haqqında hesabat təqdim olunacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Səba Ağayeva/

BMT-yə azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında hesabat təqdim olunacaq. Bu barədə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev çərşənbə axşamı Trend-ə bildirib.

Onun sözlərinə görə, hesabat BMT baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi, Küveyt Beynəlxalq İslam Xeyriyyə Fondunun sədri Abdullah Matuk əl-Matukun yaxın vaxtlarda Azərbaycana gözlənilən səfərinin yekunları üzrə hazırlanacaq.

Abdullah Matuk əl-Matuk səfəri çərçivəsində ölkə rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlər zamanı azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsində əməkdaşlıq müzakirə olunacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondana artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Küveyt Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Bunu ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti