...

Sahib Əliyev: "Bu, təbriki səsləndirən adam üçün tragikomediyadır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2015 16:19 (UTC +04:00)
“Bu, təbriki səsləndirən adam üçün tragikomediyadır”. Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Əliyev qondarma “Dağlıq Qarabağ respublikası”nın "Artsaxın dirçəliş günü"nü qeyd etməsinə münasibət bildirərkən deyib.
Sahib Əliyev: "Bu, təbriki səsləndirən adam üçün tragikomediyadır"

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Bu, təbriki səsləndirən adam üçün tragikomediyadır". Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Əliyev qondarma "Dağlıq Qarabağ respublikası"nın "Artsaxın dirçəliş günü"nü qeyd etməsinə münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, əgər "dövlət" dedikləri bir uydurma qurumu Ermənistandakılar belə tanımırsa və ümumiyyətlə, heç bir dövlət "Dağlıq Qarabağ" adlı uydurma bir "respublika"nı tanımırsa, durub bu barədə nəsə danışmaq, bunu olmuş kimi qələmə verməyə çalışmaq birincisi, həmin insanların səviyyəsindən, ikincisi isə, acınacaqlı durumda olmalarından xəbər verir: "Onlar üçün ən böyük təbriki ötən gün ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland səsləndirdi. O, Yerevanda olarkən bildirdi ki, Kəlbəcərdə azərbaycanlıların girovluqda saxlanması dəhşətli cinayətdir. Bu, o deməkdir ki, ABŞ nə qondarma "Dağlıq Qarabağ respublikası" tanıyır, nə onun məhkəməsini və indiyə qədər bu istiqamətdə atdığı addımları dəhşətli bir cinayət kimi qiymətləndirir".

S.Əliyev vurğulayıb ki, Almaniya kansleri Angela Merkel də Berlində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında açıq şəkildə bildirdi ki, Azərbaycan torpaqları işğal olunub: "Reallıq budur. Bu da bu gün "mustəqillik"lərini qeyd edənlərə bir "bayram" təbriki sayıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti