...

Pakistan mətbuatında "Xocalı soyqırımı - tarixin faciəvi səhifəsi" adlı məqaləsi dərc edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2015 12:49 (UTC +04:00)
Pakistanın nüfuzlu urdu dilli nəşrlərdən olan “Daily İnsaf” qəzetində jurnalist Raca Mahmud Battinin “Xocalı soyqırımı - tarixin faciəvi səhifəsi” adlı məqaləsi dərc edilmişdir.
Pakistan mətbuatında "Xocalı soyqırımı - tarixin faciəvi səhifəsi" adlı məqaləsi dərc edilib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Pakistanın nüfuzlu urdu dilli nəşrlərdən olan "Daily İnsaf" qəzetində jurnalist Raca Mahmud Battinin "Xocalı soyqırımı - tarixin faciəvi səhifəsi" adlı məqaləsi dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə XX-ci əsrdə Ermənilərin Azərbaycanlılara qarşı dəfələrlə soyqırımı etdikləri bildirilmişdir. Vurğulanmışdır ki, keçmiş əsrin sonunda Ermənilər yenidən Azərbaycana qarşı torpaq iddiaları irəli sürmüş və Sovet İttifaqının süqutundan sonra Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonunu işğal etmişdir. Xocalı hadisələrindən bəhs edən R.M. Batti bildirmişdir ki, münaqişədən öncə bu şəhərin 7 min əhalisi olmuş, 1991-ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanılmışdır. 26 fevral tarixində keçmiş Sovet ordusunun motoatıcı alayının köməyi ilə Xocalı hücuma məruz qalaraq tamamilə məhv edilmişdir. Həmin dəhşətli gecə zamanı azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insanın xüsusi qəddarlıqla öldürülmüş, minlərlə insan yaralanmış, əsir götürülmüş və ya itkin düşmüşdür.

Ermənilərin Azərbaycanlılarla orta əsr barbarlığı ilə davrandığını bildirən jurnalist, bu hadisənin şahidləri olan Sürayə və Rəisə Aslanovanın türk ürpədici xatirələrini qələmə gətirmişdir. Eyni zamanda yazar, həmin dövrdə Xocalı soyqırımının dünyanın aparıcı media mənsubları tərəfindən geniş işıqlandırldığını qeyd edərək, Times, Reuters və Le Monde - dun yazdıqları məqalələr üstündə dayanmışdır. Yazıda, Xocalı soyqırımının iştirakçıları terrorist M.Melkonyanın və Ermənistanın hazırkı Prezidenti S. Sarkisyandan sitatlar gətirərək, bu kütləvi qırğının ermənilərin düşünülmüş və əvvəlcədən hazırlanmış bir aksiyası olduğu vurğulamışdır.
Dərc olunmuş məqalədə, Xocalıda törədilmiş cinayətin Ermənistanın yürütdüyü sistematik və davamlı zorakılıqların tərkib hissəsi olduğu vurğulanmışdır. Ermənilərin irqi alilik, etnik fərqlilik və azərbaycanlılara qarşı nifaq ideyalarının Ermənistan siyasətinin əsasının təşkil etdiyi açıqlanmışdır.

Daha sonra Raca Mahmud Batti Pakistan-Azərbaycan münasibətləri, ölkəsinin Ermənıstan - Azərbaycan Dağlıq Qarabağ münaqışəsində tutduğu mövqeyi barəsində yazmışdır. Bildirmişdir ki, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə Ermənıstanı bir ölkə kimi tanımayan Pakistan, daim Azərbaycanın yanında olmuşdur. 2012-ci ildə Pakistan Senatı Xocalıda baş vermiş hadisələri rəsmi olaraq soyqırımı kimi tanımış, bu cinayəti törədənləri məsuliyyətə cəlb edilməsini tələb etmişdir.

Məqalənin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:

http://www.insaf.com.pk/paper/24-02-2015/popup.htm?p10/a004.gif

Məqalədə:
Xəbər lenti

Xəbər lenti