...

İsveç Parlamentindən Xocalı qətliamının soyqırım kimi tanınması istənilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 17:35 (UTC +04:00)
Azərbaycan Federasiyası-İsveç təşkilatı Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar İsveçdə yaşayan soydaşlarımızın adından bu ölkənin parlamentinə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən müraciət ünvanlayıb.
İsveç Parlamentindən Xocalı qətliamının soyqırım kimi tanınması istənilir

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Federasiyası-İsveç təşkilatı Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar İsveçdə yaşayan soydaşlarımızın adından bu ölkənin parlamentinə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən geçə 366-cı alayın dəstəyi ilə Ermənistan hərbi hissələrinin dinc Xocalı əhalisinə qarşı törətdiyi vəhşiliklər barədə məlumat verilir. Hücum zamanı ümumilikdə 613 günahsız insanın qətlə yetirildiyi, onlardan 106 nəfərin qadın, 70 nəfərin yaşlı və qoca, 63 nəfərin isə uşaq olduğu, həmçinin 150 şəxsin aqibəti haqqında hələ də heç bir məlumat əldə edilməməsi, 1275 şəxsin isə girov götürüldüyü qeyd olunub.

Müraciətdə Xocalı soyqırımdan 23 il keçməsinə baxmayaraq, bu illər ərzində İsveç dövlətində və cəmiyyətində bu barədə məsələ qaldırılmadığı, İsveç hökumətinin bu soyqırıma dair mövqe bildirmədiyi vurğulanıb. Təşkilat İsveç Parlamentinə müraciət edərək 1992-ci il 26 fevral tarixində baş vermiş qətliamın azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınmasını, həmçinin Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün öz evlərinə qayıtması üçün Ermənistana qarşı sanksiyalar qəbul olunmasını tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti