Almaniya Bundestaqının deputatları Xocalı hadisələrini müzakirə etdilər (FOTO)

Almaniya Bundestaqının deputatları Xocalı hadisələrini müzakirə etdilər (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Xocalı soyqırımının 23-ci ildönümü münasibətilə Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən mötəbər "Alman Parlament Cəmiyyəti"ndə "Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri" adlı simpozium keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, ənənəvi olaraq Xocalı soyqırımının ildönümü münasibətilə artıq 3-cü ildir ki keçirilən simpozium Azərbaycan Respublikasının AFR-dəki səfirliyi, "Alman-Azərbaycan Forumu" və "Alman Atlantik Cəmiyyəti"nin və ARDNŞ-nin Almaniya nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri giriş nitqi ilə Azərbaycan səfiri Pərviz Şahbazov açıb. Səfir Ermənistanın təcavüzü haqqında danışıb, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş qətliamın Azərbaycan xalqı üçün faciəsini tədbir iştirakçılarına aydınlaşdırıb. P.Şahbazov ölkəmizin işğaldan əziyyət çəkməsinə baxmayaraq, müstəqil və ağıllı siyasət yürütməklə regionda aparıcı gücə çevrildiyini, qonşuları və dünya ölkələri ilə, o cümlədən Almaniya ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu vurğulayıb. Səfir Azərbaycan-Almaniya əməkdaşlığının son dövrlər daha da fəallaşmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərin əhəmiyyətini vurğulayıb.

Daha sonra "Alman-Azərbaycan Forumu"nun adından qonaqları salamlayan Forumun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanın Avropa, o cümlədən Almaniya üçün əhəmiyyətini geniş işıqlandırıb, ölkəmizin bəzən Almaniya mətbuatında qeyri-obyektiv və qərəzli işıqlandırılmasının ədalətsiz olduğunu bildirib. H.Şlayer Dağlıq Qarabağ münaqişəsinə etinasız yanaşmanın Avropada bu günədək digər münaqişələrin yaranması və alovlanmasına şərait yaratdığını vurğulayıb.

AFR Bundestaqının vitse-prezidenti Yohannes Zinqhammer sözü gedən tədbirin Almaniya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlanması baxımından əhəmiyyətini vurğulayıb və tədbirə dəvət olunması üçün xüsusi təşəkkür edib. O, Almaniya Bundestaqının hələ 2009-cu ildə Cənubi Qafqaz ölkələrinə dair qəbul etdiyi qətnamədə ərazi bütövlüyünün dəstəkləndiyini və bu qətnamənin bu gündə qüvvədə olduğunu bildirib. Y.Zinqhammer Azərbaycanın dövlət quruculuğu prosesində Avropa dəyərlərinə oriyentasiya etməsini, Avropa, o cümlədən Almaniya ilə sıx iqtisadi əməkdaşlığını yüksək qiymətləndirib. Bundestaqın vitse-prezidenti Azərbaycanda etnik və dini tolerantlığı, Azərbaycanda qadınların hələ Almaniyadan əvvəl seçki hüququna malik olmasını rəğbətlə vurğulayıb.

Tədbirdə çıxış edən ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına qısa ekskursiya edib, hazırda reallaşdırılmaqda olan "Cənub Qaz Dəhlizi" layihəsinin hər iki tərəf üçün faydasından danışıb. E.Nəsirov bildirib ki, işğalçı siyasətin nəticəsində özünü ağır vəziyyətə salmış və hazırda iqtisadi tənəzzül keçirən Ermənistan işğala son qoyarsa Azərbaycanın rəhbərlik etdiyi enerji layihələrinə cəlb olunaraq onlardan bəhrələnə bilər.

Azərbaycan Milli Məclisinin adından çıxış edən millət vəkili Siyavuş Novruzov simpozium iştirakçılarına Azərbaycan xalqı üçün ağrılı gündə Qarabağ problemini müzakirə etdikləri üçün təşəkkür edib. Millət vəkili bildirib ki, Ermənistan işğal etdiyi ərazilərin dərhal boşaldılmasını tələb edən beynəlxalq sənədlərə, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə etinasız yanaşmasına baxmayaraq, beynəlxalq birliyin təzyiqlərinə məruz qalmır. Avropa ölkələri hazırda Ukrayna məsələsinə görə Rusiya əleyhinə qoyduğu qətiyyəti Ermənistana da tətbiq etsəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı.

Çıxışlardan sonra Azərbaycanın Ştuttqart şəhərindəki fəxri konsulu Otto Hauzerin moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, Bundestaqın daha bir deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Doris Barnet, ARDNŞ-nin vitse-prezidenti E.Nəsirov, "Almaniya İqtisadiyyatının Şərq Komitəsi" təşkilatının icraçı direktoru, professor Rayner Lintner, azad jurnalist və publisist, "Der Spiegel" jurnalının sabiq müxbiri Rixard Kissler iştirak ediblər.

K.Ştrents Dağlıq Qarabağ münaqişəsinin uzanmasının səbəbi kimi Ermənistanın işğalı davam etdirməsini göstərib və bunu Ermənistan rəsmilərinə də hər zaman açıq bəyan etdiyini bildirib. O, qeyd edib ki, ölkəsini uğurla idarə edən Azərbaycan Prezidentindən fərqli olaraq, Ermənistan Prezidentinin sonuncu Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağa həsr olunmuş panel müzakirəsində iştirakdan qaçması faktı münaqişənin həllinin bugünkü vəziyyətini aydınlaşdırır.

D.Barnet öz torpaqlarından didərgin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının pozulduğunu vurğulayaraq, onların ən qısa zamanda evlərinə dönməsinin qaçılmazlığının Ermənistana başa salınmalı olduğunu vurğulayıb.

R.Kissler Dağlıq Qarabağa, o cümlədən Xocalı şəhərinə jurnalist kimi bir neçə il əvvəl etdiyi səfərindən təəssüratlarını bölüşüb. Jurnalist Xocalı və Şuşa şəhərlərində dağıdılmış mədəni abidələrin bərpa edilmədiyini, Ermənistanın özündə və onun işğal etdiyi Azərbaycan torpaqlarında yaşayan erməni əhalinin ağır demoqrafik böhran keçirdiyini diqqətə çatdırıb.

Simpoziuma Almaniya Bundestaqının və Azərbaycan Milli Məclisinin deputatları, AFR XİN, Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələri, ictimai-siyasi, iqtisadi, mədəni dairələrin, mətbuatın, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri, ümumilikdə 180-dək iştirakçı qatılıb.

Gəncədə 5 otaqlı ev yanıb
Gəncədə 5 otaqlı ev yanıb
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Loading Bars
Xəbər lenti
İraqda raket hücumu nəticəsində ABŞ vətəndaşları xəsarət almayıb - Pentaqon
Türkiyədə koronavirusdan sağalanların sayı 2,6 milyon nəfərə çatır
ÜST: Dünyada ötən sutka koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb (FOTO)
İsveçdə cinayətkar 8 nəfəri yaralayıb
Bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - Nazirlər Kabineti
Millinin oyunu neytral meydanda keçiriləcək
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bütün xəbərlər