Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir Anaxanım Hidayətova/
Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bunu Bakıda rəsmi səfərdə olan Pakistan Prezidenti Məmnun Hüseyn Trend BİA, "AzTV" telekanalı və AZƏRTAC-a müsahibəsində deyib.
Prezident bildirib ki, Pakistan Azərbaycanı müstəqil dövlət qismində tanımış ilk ölkələrdən biridir: "Əvvəldən Azərbaycan dövləti və xalqı ilə çox səmimi münasibətlərimiz olub. Biz Azərbaycanın ədalətli hesab etdiyimiz mövqeyini həmişə dəstəkləmişik".
M.Hüseyn qeyd edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı həmişə dəstəkləyəcək: "Cammu və Kəşmir məsələlərində bizi həmişə dəstəkləyən Azərbaycan xalqı və hökumətinə təşəkkür edirik və buna görə çox şadıq".